Xalq artisti İlhamə Quliyeva tacının qiymətini açıqlayıb.
Axşam.az-ın məlumatına görə, sənətçi “ATV maqazin” verilişinə onun dəyərinin 1 milyon olduğunu deyib.
Müğənniyə bu tacı bağışlayan isə stilist Anar Ağakişiyev olub. Anar bildirib ki, həmin tac elə onun özünə də hədiyyə verilibmiş:
“Düşündüm ki, onu taxmağım düzgün deyil. Bu səbəbdən İlhamə Quliyevaya bağışladım. Üzəri brilyant qaşlarla bəzədilib. Dəyəri 1 milyon manatdır”.