İlhamə Quliyeva Aygün Kazımova ilə barışdı
11 dekabr 2013 13:49 (UTC +04:00)

İlhamə Quliyeva Aygün Kazımova ilə barışdı

Ötən gün xəstəxanaya yerləşdirilən xalq artisti İlhamə Quliyevaya həmkarı Aygün Kazımova da baş çəkib. Lent.az axsam.az-a istinadən xəbər verir ki, bir müddətdir küsülü olan xalq artistləri arasında beləcə barışıq baş tutub. 

Əməkdaşımızla söhbətində Aygün Kazımova xəbəri təsdiqləyib. Müğənni onunla birlikdə xalq artisti Faiq Ağayevin və sənətçi Ayan Babakişiyevanın da xəstəxanaya yollandığını deyib:

“İlhamə xanım ürək əməliyyatı keçirmişdi. Buna görə də müayinə olunmalıdır. Səhhətində ciddi problem yoxdur. Dünən mənə dedilər ki, xəstəxanadadır. Düzü, mənə vəziyyətinin ağır olduğunu bildirmişdilər. İnsan sağlamlığı çox önəmlidir. Əməliyyat zamanı da ona baş çəkmişdim. Dünən xəbəri eşidəndə xəstəxanaya yollandım. Gördüm ki, çox yaxşıdır, qırmızı dodaq boyası, çəhrayı koftası, makiyajı yerindədir. Özünü belə yaxşı hiss etməsinə sevindim. Çox istədiyim insanlar - Tolik, Faiq Ələkbərli də orada idi. Dedik-güldük, söhbət etdik”.

Xatırladaq ki, iki xalq artisti arasında baş verən söz-söhbətə ötən gün İlhamə Quliyevanın saytımıza verdiyi açıqlama son qoydu. Onun Aygün Kazımova haqqında dediyi xoş sözlərdən sonra qarşı tərəf sənətçiyə baş çəkərək barışdıqlarını təsdiq edib.

Bu gün İstanbula yollanan A. Kazımova yeni layihələrlə geri qayıdacağını bildirib:

“Yeni il ərəfəsində möhtəşəm sürprizlər təqdim edəcəm. Yeni layihələrim və bəzi insanlarla işbirliyim olacaq. O insanın kimliyi isə İstanbuldan qayıdandan sonra açıqlanacaq”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2513
avatar

Oxşar yazılar