“Mənim üçün yaşın heç bir fərqi yoxdur. Qızıl qaldıqca qiyməti bahalaşır. Mən yaşa dolduqca daha da cavanlaşıram, gözəlləşirəm. Yaşım, ruhum ilham alır mənim sənətimdən. Mənim üçün yaş heç nəyi fərq eləmir”.
Lent.az-ın məlumatına görə, bunu aznews.az saytına xalq artisti İlhamə Quliyeva deyib.
Müğənni şeir yazdığını da açıqlayıb: “ Oxuduğum “Yaşın nə fərqi var ki” mahnısını özümə həsr etmişəm, Sözləri də mənimdir. “Tac” təxəllüsü ilə yazıram”.
İ. Quliyeva deyib ki, o, həmişə “sevib-sevilməyi görüb və görür”: “Həmişə sevirəm və sevilirəm”.
Müğənni albom çıxarmaq, klip çəkdirmək həvəsində olmadığını deyib. O bildirib ki, anasıTükəzban İsmayılovaya ithaf olunan mahnı səsləndirəcək.
Bu ilin oktyabrda isə hesabat konserti verməyi düşünür: “Əvvəl Rusiya səhnəsində, sonra isə Azərbaycanda. Yarım əsrdə gördüyüm işlərin hesabatı verilməlidir”.
Müğənni yay boyunca bağında dincələcəyini deyib: “Bakıda olacağam. Bir neçə gündür ki, bağdaydım. Atamın və anamın ruhuna “Quran” oxutdurandan sonra səyahətlərim olacaq. Ailəmdə və evimdə hər şey əladır. Gəlinim də, nəvəm Ruslan da yaxşıdır”.