“Sözümə qulaq asmayanları cəzalandırıb, oturduram yerində”
ATV-nin “Gündəlik Mətanətlə” verilişinin qonağı olan xalq artisti İlhamə Quliyeva maraqlı açıqlama verib. Lent.az-ın məlumatına görə, veriliş zamanı İ.Quliyeva bildirib ki, şou-biznesdə əksər sənətçilər ondan qorxur: “Şou aləmində bir çoxları məndən qorxur. Amma o qorxunun içində mənə qarşı hörmət, dəyər var. Bəli, bunlar kimdənsə çəkinməlidir axı. Bunu hamı bilir, mənə o qədər hörmət edirlər ki, çəkinirlər. Əgər elə olmasa, mən daha nə İlhamə oldum ki? Bir böyük olmalıdır, ya yox? Düşünürəm ki, sənət aləmində sözünü deməyi bacaran biri olmalıdır, ya yox? Mən əslində şou-biznesə aid deyiləm. Mən sənətkaram. Sənət aləmindəyəm. Amma yenə də sağ olsunlar ki, məsləhətimə qulaq asırlar. Sözümə qulaq asmayanları isə, cəzalandırıb, oturduram yerində. Çaşanları isə lap tez oturduram yerində. Mən heç kimlə savaşmıram, heç polemikaya da çıxmıram. Çünki bu mənim yaşıma, sənətimə ayıb olar. Sadəcə o insanları “iqnora” qoyuram. Deyirəm nə yaxşı ki, bu tac, titulu mən dəbə gətirdim, bunlar nə edərdilər? Mənim bütün taclarım rəsmidir. Düz səkkiz rəsmi tacım var. Qondarma taclar deyil”.