Müğənni İlahə İbadova hesabat konserti verəcək. Lent.az-ın məlumatına görə, sənətçi konsertini bu il ərzində təqdim etməyi düşünür.
Müğənni bildirib ki, ən uğurlu mahnılarını seçərək, canlı, böyük ansamblın müşayiəti ilə səsləndirəcək. Onun fikrincə, bu zaman üçün konsert vermək əksər hallarda maliyyə itkisinə gətirib çıxarır: “Əksəriyyət mənim kimi bu qənaətdədir ki, konsert sənətçiyə pul qazandırmır. Mən udsam və ya uduzsam belə, konserti hesabat naminə düşünürəm. Elə bir konsert olmalıdır ki, insanlar orda həm milli, həm də müasir abı-havanı hiss etsinlər”. Xanəndə repertuarını zövqlərin müxtəlifliyini nəzərə alaraq düşünüb.
Müğənni bildirib ki, Türkiyənin məşhur sənətçilərindən biri ilə Bakıda konsert təşkili təklifi gəlib. O deyib ki, hazırda təklifi düşünür və qərarını yaxın günlərdə bəlli edəcək.