Çində 2 yaşlı oğlan İnternet-lotereyada bir milyon dollar udub.
Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, mükafatı uşağın valideyni alacaq.
Çinin cənubunda Quançjou şəhərində olan 2 yaşlı oğlanın valideynləri klaviaturada ona rəqəm yığdırıb. Uşağın təsadüfən basdığı düymələrin rəqəmləri onlara 1,03 milyon dollar (6,28 milyon yuan) qazandırıb.
Ailə lotereya mərkəzindən mükafatı alıb.