Azərbaycanda iri məmurların bir-birinə qız alıb-verməsi, qohumlaşması geniş yayılmış haldır. Qohum olan iri məmurların siyahısına bu günlərdə daha ikisi əlavə olunub.
Virtualaz.org saytının özəl mənbələrdən əldə etdiyi məlumata görə, qohumluq əlaqəsii ilə daha da yaxınlaşan məmurlar rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovla “Azərenerji” ASC-nin sədri Etibar Pirverdiyevdir. Belə ki, rabitə naziri oğluna Pirverdiyevin qızını alıb. Toyun nə vaxt olacağı bəlli deyil.
Bilinən odur ki, Əli Abbasovun oğlu ABŞ-da təhsil alıb. Hazırda Bakıda atasının nəzarətində olan sahədə - informasiya texnologiyaları sektorunda nəhəng bir özəl şirkətin sahibidir. E.Pirverdiyevin qızı isə Londonda təhsil alıb və yüksək ixtisaslı modelyerdir. O, hazırda atasının rəhbəri olduğu “Azərenerji” işçiləri üçün uniformalar hazırlayan şirkətə rəhbəlik edir.