<b>Hülya Avşardan Zəhra paylaşımı: <span style="color:red;">"Vəhşilik..." </b>
07 iyul 2017 11:49 (UTC +04:00)

Hülya Avşardan Zəhra paylaşımı: "Vəhşilik..."

Türkiyəli müğənni-aktrisa Hülya Avşar da ermənilər tərəfindən öldürülən 18 aylıq Zəhraya biganə qalmayıb. Lent.az-ın məlumatına görə, H.Avşar sosial şəbəkədəki səhifəsində “Bunun adı terrordur. Uşaq qatilləri cəzasız qalmamalıdır” başlıqlı yazı paylaşıb.

H.Avşar eyni zamanda Türkiyədə yaşayan iş adamı Mübariz Mənsimovun hadisə ilə bağlı şərhini paylaşaraq terroru lənətləyib.

Qeyd edək ki, bundan əvvəl müğənni Hadisə və Mahsun Kırmızıgül də Zəhra ilə bağlı paylaşım etmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 276

Oxşar yazılar