Hindistanlı 12 külçə udub
19 aprel 2014 06:27 (UTC +04:00)

Hindistanlı 12 külçə udub

Hindistanın Nyu-Dehli şəhərindəki xəstəxanalardan birində cərrahlar pasientin mədəsindən qızıl külçəsi çıxarıb.

 

Lent.az-ın “İTAR-TASS”-a istinadən məlumatına görə, 63 yaşlı hindli xəstə mədə ağrısından həkimə müraciət edib. O, etiraf edib ki, ehtiyatsızlıq ucbatından plastik butulkanın qapağını udub. Pasient rentgen olunub. Həkimlər onun mədəsində qapaq deyil, metal qırıntılar görüb.

 

Cərrahiyyə əməliyyatını aparan həkim deyib: “Əməliyyatı aparan həkim komandası çox heyrətləndi. Onun mədəsindən 12 qızıl külçə aşkar edildi”.

 

Qızıl polisə təhvil verilib və onlar külçənin mədəyə düşməsini müəyyənləşdirəcək. Pasient isə həkimlərə bu haqda açıqlama verməyi lazım bilməyib.

 

Ehtimal edilir ki, gömrük haqqı verməmək üçün həmin kişi bu yolla Sinqapurdan qızıl keçirib. Həkimlər onu “bəxtəvər” adlandırıb. Əgər cərrahiyyə əməliyyatı bir neçə gün geciksə imiş, o, ölə bilərmiş. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 811
avatar

Oxşar yazılar