“Türk müğənnisi Hadisə Açıkgözün iyunun 23-nə təyin olunmuş konserti təxirə salınıb.
Lent.az-ın məlumatına görə, konsert ayın 28-də baş tutacaq.
Səbəb Hadisəni müşayiət edənlər arasında 5 nəfər əcnəbi vətəndaşın olmasıdır.
Onlara viza vaxtında verilmədiyi üçün konsert 5 gün sonraya keçirilib.
Təşkilatçı ilə telefonla danışan Hadisə viza məsələsində problem yarandığına görə üzüldüyünü bildirib. Sənətçi həmçinin tezliklə Bakıya gələcəyini, bu anlaşılmazlığın əvəzini möhtəşəm şou ilə çıxacağını qeyd edib.