Parisdə fahişəliyin yasaqlanması tələbi ilə yürüş keçirilib.
Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, 3 minə yaxın aksiya iştirakçısı parlamentin Aşağı Palatasının binası qarşısından keçib.
Gələn həftə bu bina «Fahişəliyə qarşı mübarizənin gücləndirilməsi haqqındı» qanun layihəsi müzakirə ediləcək.
Xatırladaq ki, Fransanın 60-a yaxın tanınmış vətəndaşları, o cümlədən Katrin Denev, Şarl Aznavur, rejissor Klod Lanzmann və başqa aktyor, rejissor, musiqiçi və rəssam, habelə keçmiş mədəniyyət naziri fahişələrin xidmətindən istifadə edənlərin iri məbləğdə cərimələnməsi ilə bağlı yeni qanun layihəsinə qarşı imza toplamağa başlayıb.
Həmin sənəddə bildirilib: «Fahişəliyi təbliğ etmədən və onların dəstəkləmədən biz bu işlə məşğul olanların və onların xidmətindən istifadə edənlərin cərimələnməsinə qarşıyıq. Biz ideoloji əqidəsindən asılı olmayaraq, gerçək müzakirə tələb edirik».
Narazılar arasında Fransanın tanınmış yazıçısı Frederik Beqbeder başçılıq edir. Onun həmfikirlərinin başlıca şüarı: «Əlini mənim fahişələrimdən çək!».
Fransa hakimiyyəti fahişəliyə qarşı mübarizə aparmaq niyyəti ilə qanun layihəsini noyabrın 27 və 29-da parlamentin müzakirəsinə çıxaracaq.
Yaxın zamanda suteneyor şəbəkəsinə qarşı olan qanuna ölkə parlamentində baxılacağı nəzərdə tutulub.
20 maddəlik qanun layihəsi fahişələrin xidmətindən istifadə edənləri cinayətkar sayır.
Bu xidmətdən istifadə edən haqda məlumat uyğun quruma daxil olarsa, həmin adam 2 min dollar cərimə ediləcək. Pulu seksdən istifadə həvəskarı yenidən tutularsa, onda bu cərimə iki dəfə artacaq. Bundan həmin şəxs «fahişəlik haqda informasiya» kursunda tərbiyəvi məruzələr dinləyəcək.
Xatırladaq ki, ötən il oxşar qanun layihəsini İsrail parlamentində də müzakirəyə çıxarılmışdı. Nəticədə layihə müəllifləri yetərincə səs toplaya bilmədiklərindən cəhdləri uğursuzluğa uğramışdı.