Dələduzlar Faiq Ağayevi necə aldatdı?
31 mart 2016 18:48 (UTC +04:00)

Dələduzlar Faiq Ağayevi necə aldatdı?

Xalq artisti Faiq Ağayevin başına iş gəlib.

 

Lent.az-ın məlumatına görə, ifaçı sosial şəbəkədə yazaraq bildirib ki, kontur dələduzlarının qurbanı olub: "Yeni fırıldaq növü yaranıb. Siz də mənim kimi aldanmayın. Az öncə telefonuma 050-856-92-75 nömrəsindən zəng edən şəxs, guya, səhvən balansıma pul yüklədiyini söylədi. Baxdım ki, doğrudan da telefonuma bu barədə SMS gəlib. Özünü Elvin kimi təqdim edən həmin şəxs rica etdi ki, məbləği geri göndərim. Heç bir hiylə hiss etmədən, elə də etdim. Sən demə, hesabıma yüklənməsi haqda gələn SMS-i göndərən mobil operator deyilmiş, elə o adamın özü imiş. Ehtiyatlı olun, əzizlərim. Camaatın qəlb təmizliyindən haramcasına istifadə edən belə oğrulara, cibgirlərə, şərəfsiz müftəxorlara inanmayın".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 433

Oxşar yazılar