Əməkdar artist Bakı-İstanbul reysində konsert verəcək: <span style="color:red;">"Analoqu olmayacaq..."
29 aprel 2015 11:17 (UTC +04:00)

Əməkdar artist Bakı-İstanbul reysində konsert verəcək: "Analoqu olmayacaq..."

Əməkdar artist Elza Seyidcahan təyyarədə verəcəyi konsertinin hazırlıqlarına başlayıb. Lent.az-a açıqlama verən əməkdar artist bildirib ki, artıq konsertin adı da bəllidir: “İki ildir ki, bu ideyamı layihələşdirmişəm. Bilirsiniz ki, böyük bir layihəni həyata keçirmək üçün güclü sponsorlar lazım gəlir. Bu konsert çox fərqli olacaq. Demək olar ki, bu gecənin analoqu olmayacaq. Təyyarədə verəcəyim konsertdə gözəl bəstələrimdən savayı, yeni mahnılarımı da oxuyacam. Düşünürəm ki, çox maraqlı olacaq. Həmin gecədə geyindiyim libas, saç düzümü hər biri fərqli görüləcək. Konsert isə Bakı-İstanbul reysində baş tutacaq, Azərbaycandan qardaş ölkəmizə gedən insanları feyzyab edəcəyəm".

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 256
avatar

Yalçın UĞUR

Oxşar yazılar