Türkiyədə olan əməkdar artist Elza Seyidcahan və millət vəkili Qənirə Paşayeva Xocalı soyqırımına həsr olunmuş tədbirdə iştirak ediblər. Lent.az-ın məlumatına görə, “Addım-addım türk dünyası” layihəsi çərçivəsində İstanbulda, Adanada, Girəsunda və digər yerlərdə keçirilən tədbirlərdə iştirak edən E.Seyidcahan fotolarını “İnstagram” səhifəsində yerləşdirib.
Tədbir zamanı Xocalı soyqırımı barədə danışan millət vəkili Qənirə Paşayeva bildirib ki, Xocalı soyqırımı insanlığa qarşı edilmiş cinayətdir.