Elza Mahir Abdullayevlə münasibətlərindən danışdı: <b>“Mən dahi sənətkaram, pulumu qazanmışam”</b>
29 yanvar 2014 11:56 (UTC +04:00)

Elza Mahir Abdullayevlə münasibətlərindən danışdı: “Mən dahi sənətkaram, pulumu qazanmışam”

Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin qardaşı Mahir Abdullayevin yaxın dostu Qulu Cəfərov “Yeni müsavat” qəzetinə müsahibəsində bir çox məqamlara toxunub.

 

Lent.az-ın məlumatına görə, Q.Cəfərov bildirib ki, əməkdar artist Elza Seyidcahan və müğənni Xumar Qədimova tez-tez M.Abdullayevin yanında olurmuşlar: “Mahir Mətanət İsgəndərlidən qorxduğu kimi heç nədən qorxmurdu. Çünki, qısqanclığından qorxurdu. Qorxurdu ki, birdən onu kimləsə tutar. Binəqədidəki parkda bir “Sevinc” kafesi vardı. Orda oturmuşduq. Mətanət Əsədova deyə bir qadında var rdı, bizimlə oturmuşdu. Sənan, mən, Mahir və Mətanət idik. Sənan dedi, “Mahir evin tikilsin, Mətiş gəlir”. Bunu eşidən Mahir, özünü pəncərədən atdı ki, mən burda deyiləm. (gülür). Xumar Qədimova, Elza Seyidcahan hər gün Mahirin yanına gəlirdilər. Bəlkə də, “raskrutkaya” gəlirdilər, bilmirəm. Amma Mahirdə heç vaxt pul olmazdı. Semesterdən semesterə əlinə pul keçərdi. Elə bil bərəkətsiz adam idi”.

 

Lent.az-ın əməkdaşı müsahibədə adı hallanan Elza Seyidcahanla əlaqə saxlayıb. Xanım müğənni bildirib ki, o da yazılanlardan xəbərdardır: “Mən dahi sənətkaram. Kim mənə yaxşı pul veribsə, gedib toyunu oxuyub, pulumu qazanmışam. Mən Mahir və Mahir kimilərini tanımıram. İndi hamı ilə söhbətləri bitib, məni bu mövzuya qatırlar? Mən vətənimi sevən xanımam. Birdə ki, pulu elə sənətkara buraxarlar da. Mənim yaxşı sənətim var ki, toya çağırıb, mənim əməyimin müqabilində pul verirlər. Sənətimdən savayı kimsə mənə pul verməyib. Bu, mənə qarşı şərdir. Məni də bu çirkab söhbətlərə qoşmaq istəyirlər, amma alınmayacaq”.

 

Məsələdə adı hallanan müğənni X.Qədimova ilə əlaqə saxlamaq istəsək də, sənətçi dəstəyi qaldırmadı.

# 2386
avatar

Yalçın UĞUR

Oxşar yazılar