Elnarə Təhməzova: <span style="color:red;">"Yalnız makiyajımla bağlı tənqid olunmuşam"
26 sentyabr 2015 17:49 (UTC +04:00)

Elnarə Təhməzova: "Yalnız makiyajımla bağlı tənqid olunmuşam"

ANS-in aparıcısı Elnarə Təhməzova cəmiyyətdə qarşılaşdığı insanların ona münasibətindən danışıb. Lent.az-ın məlumatına görə, aparıcı “İncə maraqlar” verilişində bildirib ki, bu günə qədər cəmiyyətdə insanlarla qarşılaşan zaman eşitdiyi tənqid yalnız makiyajı ilə bağlı olub: “Hamı kimi mən də dəniz kənarına və ya alış-verişə gedirəm. Amma mən hələ bir qadın və ya bir kişi görməmişəm ki, aqressiya ilə mənə yaxınlaşıb, tənqidini bildirsinlər. Mənə tənqid ancaq makiyajımla bağlı olub. Yaxınlaşıb deyiblər ki, Elnarə xanım, sizə çox makiyaj yaraşmır. Nə olar, efirdə çox makiyaj etməyin. Yəni özümlə bağlı yalnız bu tənqidi eşitmişəm. Başqa heç nə. Ona görə də deyirəm ki, dilinizə güc verməkdənsə, bir az beyninizə güc verin”.

 

 

Qeyd edək ki, E.Təhməzova bir müddət öncə hicablı qadınlara “bayquş” dediyinə görə cəmiyyətdə müzakirə mövzusu olmuşdu. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 397
avatar

Yalçın UĞUR

Oxşar yazılar