Əli Mirəliyev evinin qapılarını mediyanın üzünə açıb. Müğənni oradio.az saytının qonağı olub.
Lent.az-ın Show.az istinadən məlumatına görə, adəti üzrə odlu-alovlu danışmaqdan qorxmayan sənətkar bu dəfə də şou-biznes nümayəndələrini hədəfə alıb:“Ağadadaşla Məmmədbağır efirlə toyu qarışdırmırdılar. Onlardan başqa heç kim düz oxumurdu.”
“O vaxtlar saçım var idi, laçın oğlan idim, indi it günündəyəm” -söyləyən Əli Mirəliyev öz cavanlıq şəkillərini tamaşaçılara göstərib.
Kişi müğənnilərindən bəzilərini bəyənən Mirəliyev bəyənmədiklərindən də danışıb:“Elton, Nadiri, Azər Zeynallı, Nurlanı, Ağaxanı, Alim Qasımovu, Ramalı bəyənirəm, amma o birisilər musiqi aləminə girmir. Amma o birisilər burun kəsdirməyi, saçını rəngləməyi, tük əkdirməyi, dodağına silikon, qulağına sırqa taxmaqla olmur. Mən onları qəbul etmirəm. Çünki mənim dədəm babam burun kəsdrimiyib, dodaq şişirtməyib, ona görə qəbul etmirəm.
Canəli Əkbərov saçı ağaran kimi saçına xına vurur, mən onu qəbul eləmirəm.”
“Aygün Kazımova kimi sinəsi qalır bayırda, efirdə də göstərmirlər ki, biabırçılıqdır. Röyanı bəyənirəm. Aygün yox, Brilliant yox, Nazpəri yox, Röya yeganədir”- deyə, Əli Mirəliyevi söyləyib.