Rüşvət və korrupsiya əməliyyatı nəticəsində həbs olunan iş adamı Rza Zərrab və həyat yoldaşı Ebru Gündəşin vəkili İstanbul Cəza məhkəməsinə müraciət edib.
Lent.az-ın Türkiyə KİV-ə istinadən məlumatına görə, məhkəmə onların şəxsi həyatına müdaxilə edə biləcək, telefon danışıqları və başqa bu sayaq vasitələrin açıqlanmaması haqda qərar çıxarıb.
Bununla belə Ebru Gündəş bir sənət adamı olduğundan onun fəaliyyəti ilə bağlı məlumatların yayılmasını hakim qanuni sayıb.