Gənc müğənni Əbdül Xalid təqdimat keçirib. Lent.az-ın məlumatına görə, müğənni təqdimatı bu yaxınlarda ifa etdiyi sözləri Vüsal Zəfəroğluna, musiqisi Bəbir Bəbirova
məxsus olan “Qismət” adlı mahnısına çəkdirdiyi klipini təqdim edib. Rejissor Ramin Ələsgərovun ekran həyatı verdiyi klipin süjet xətti ayrılıqdan bəhs edir.
Müğənni onu da söyləyib ki, uzun müddətdir efirlərdə görünməməsinin səbəbi maliyyə sıxıntısıdır. “Efirlərdə niyə az görünürsüz, deyirlər. Pulum çox olsa, efirlərdə tez-tez görünərəm,- deyə müğənni əlavə edib.
Qeyd edək ki, tədbirdə əməkdar artist Tünzalə Ağayeva, müğənnilər Orxan Babazadə, Yaşar Yusub, Emil Bədəlov, Yaşar Cəlilov və “Cahan” qrupu iştirak ediblər.