Bir ay öncə dünyanın ən yaşlı sakinin 123 yaşı tamam olub. Lent.az-ın «Assoşieyted press» agentliyinə istinadən məlumatına görə, o, Boliviyadadır.
Karmelo Flores Laura adlı 123 yaşlı bu kişi Titikaka gölü yaxınlığında küləş damlı qazma evdə yaşayır.O, ispanca danışmır, gözlük taxmır. Əsasız gəzir və davamlı olaraq, kokain yarpağı çeynəyir.
Yerli qeydiyyat idarəsi onun 1890-cı il iyulun 16-da anadan olduğunun bildirib.
Boliviyada rəsmi doğum sənədinin verilməsinə rəsmi olaraq, 1940-cı ildə başlansa da qeydiyyat idarəsindən Flors Laurun anadan olduğu günün doğruluğu vurğulanıb. Bu onun xaç suyuna salınması tarixlə eynidir.
Ancaq Flores Laur deyib ki, onun 100-ə yaxın, ya da ondan artıq yaşı var. O, uzun ömürlülüyünün sirrini çoxlu piyada gəzməkdə, düyü və əriştə yeməməkdə görür.
Flores Laur qoyun əti, yulaf yediyini söyləyib. 123 yaşlı uzunömürlü əvvəllər kartof və lobya əkdiyini deyib. Bir dəfə tülkü tutaraq, onun da ətini yediyini bildirib. Flores Laur dağların zirvəsindəki bulaqlardan su içir, spirtli içkilər qəbul etmir. Uzunömürlü heç vaxt ciddi xəstələnmədiyini də söyləyib.
116 yaşlı Dziroemon Kimur vəfat etdikdən sonra 115 yaşlı yapon Misao Okava.dünyanın ən yaşlısı sayıldı.
1997-ci ildə, 122 yaşında vəfat etmiş fransız Janna Luiza Kalman da uzunömürlülərdən sayılıb.