ABŞ-ın «Mrgan Stanley» maliyyə korporasiyası xəbərdarlıq edib ki, çaxıra tələbat artdığından dünyada bu içkini qıtlığı yaranacaq.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, ötən il çaxıra tələbat 300 milyon yeşikdən artıq olub. Araşdırmalara əsasən, bu, son 40 il üçün ən yüksək göstəricidir.
2012-ci ildə isə çaxır istehsalı son 40 ildə ən aşağı səviyyəyə düşüb.
Bu içkinin istehsalı 2004-cü ildə etibarən düşməyə başlayıb. Həmin ilə çaxıra olan tələbat 600 milyonu aşmışdı.
Son 40 ildə çaxır ən çox 2004-cü ildə istehsal olunub.