Dünyada adambaşına ən çox çaxırı Vatikan sakinləri içir. Lent.az-ın «interfaks»-a istinadən məlumatına görə, bu haqda Kaliforniyanın Şərabçılıq İnstitutun araşdırmasında bildirilib.
Müəssisə əməkdaşlarının araşdırmasına əsasən, bu cırtdan dövlətin hər vətəndaşı orta hesabla ildə 74 litr, yaxud 105 butulka çaxır içir. Bu, Fransa və İtaliyada içiləndən iki dəfə, Britaniyada istehlak olunandan isə 3 dəfə artıqdır.
Tədqiqat müəllifləri qeyd edib ki, bu yaş həddi, yemək vərdişi, təhsil kimi amillərlə bağlıdır.