Dilarə Kazımova ilk məşqini etdi
29 aprel 2014 11:32 (UTC +04:00)

Dilarə Kazımova ilk məşqini etdi

Azərbaycanı bu il “Eurovision” musiqi yarışmasında təmsil edəcək Dilarə Kazımova ilk dəfə olaraq «Start a Fire» balladasının səhnə quruluşunu təqdim edib. Lent.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi hava gimnastı və üç bek-vokalçı ilə səhnəyə çıxacaq. Qadın gimnastı 8 metrlik trapesiyada çıxış edəcək.

 

“Eurovision” tarixində bu ilk belə hadisədir ki, nömrə hava gimnastının iştirakı ilə qurulub. “Start a Fire”-nin quruluşçu rejissoru isveç rejissoru və xoreoqrafı Osa Enqmandır. Səhnə quruluşu polşa-yapon xoreoqrafı Petr Torazava Giro ilə əməkdaşlıqda həyata keçirilib.

 

Hava gimnastının akrobatik elementləri təkrarlanmayacaq, buna görə də quruluş hər məşqdə fərqli görsənəcək.

 

“İlk məşqdə mən ən çox hava gimnastının təhlükəsizliyinə görə narahat idim. O, çox hündürdədir – bu, çox təsiredicidir, amma eyni zamanda çox qorxuludur. “Start a Fire mahnısının sözləri şeir və hətta duaya bənzəyir. Mahnı çox qeyri-adidir və biz ona uyğun qeyri-adi quruluş yaratmaq istəyirdik. Ümid edirəm ki, bu, bizdə alınacaq”” - deyə, Dilarə Kazımova bildirib.

 

Quruluşçu rejissorun ideyasına görə, hava gimnastı – qeyri-standart düşüncənin təzahürüdür. Onun sayəsində hər bir kəs adi həyatda yeni bir şey tapa bilər, adi bir şeydə qeyri-adilik görə bilər, başqa sözlərlə, “qəlbin müxtəlifliyini” kəşf edə bilər.

 

Dilarə Kazımova “Start a Fire” mahnısını 8-ci nömrə altında “Eurovision” müsabiqəsinin birinci yarımfinalında may ayının 6-da təqdim edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1053
avatar

Oxşar yazılar