Dilarə Kazımova finalda 3-cü nömrə altında səhnəyə çıxacaq
09 may 2014 16:59 (UTC +04:00)

Dilarə Kazımova finalda 3-cü nömrə altında səhnəyə çıxacaq

Mayın 10-da Danimarkanın paytaxtı Kopenhagendə keçirilən “Eurovision -2014” mahnı müsabiqəsinin final şousu baş tutacaq.


 

APA-nın məlumatına görə, ötən gün müsabiqənin II yarımfinal şousunun qalibləri müəyyən edildikdən sonra daxili püşkatma keçirilib.

 

Final şousunda ölkə təmsilçilərinin səhnəyə çıxma ardıcıllığı müəyyən edilib. Belə ki, Azərbaycanı “Start a fire” mahnısı ilə təmsil edən Dilarə Kazımova səhnəyə 3-cü nömrə altında çıxacaq. Yarışmaya Ukrayna təmsilçisinin ifası ilə start veriləcək. Son olaraq isə səhnəyə Böyük Britaniya təmsilçisi çıxacaq.

 

Tamaşaçılar ölkə təmsilçilərini aşağıdakı ardıcıllıqla izləyəcəklər:

 

Ukrayna

Belarus

Azərbaycan

İslandiya

Norveç

Rumınya

Ermənistan

Monteneqro

Polşa

Yunanıstan

Avstriya

Almaniya

İsveç

Fransa

Rusiya

Italiya

Sloveniya

Finlandiya

İspaniya

İsveçrə

Macarıstan

Malta

Danimarka

Niderland

San Marino

Böyük Britaniya 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1303
avatar

Oxşar yazılar