Davud Güloğlu Bakıda konsert verəcək
11 iyun 2013 13:38 (UTC +04:00)

Davud Güloğlu Bakıda konsert verəcək

Türkiyənin məşhur müğənnisi Davud Güloğlu iyunun 29-da Bakıda konsert proqramı ilə çıxış edəcək. Konsertin təşkilatçısı Samir Xattab Lent.az-a bildirib ki, konsertdə D. Güloğlu ilə birgə  paytaxtımızın dəfələrlə qonağı olan tanınmış türk Dj Erdi Erdoğan da çıxış edəcək: “Davudun konsertində gözlənilməz sürprizlərlə qarşılaşacaqsınız. Bundan əlavə gecədə oriyental və milli rəqslər tamaşaçıların ürəyincə olacaq”.

Təşkilatçı onu da əlavə edib ki, konsertin xüsusi qonağı reper Qurd olacaq.

Bundan başqa, tamaşaçılar üçün pulsuz olaraq açıq bufet, furşet təşkil oluncaq. Ən əsası cəmi 20 manata bilet almaqla möhtəşəm gecənin şahidi olacaq tamaşaçılar konsertdən xoş təəssüratla ayrılacaqlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 917
avatar

Oxşar yazılar