Bir neçə gündür aralarında qalmaqal yaşanan xalq artistləri Ramiz Novruz və Ramiz Məlik gərginliyə son qoyublar. Bu barədə R. Məlik Lent.az-a açıqlamasında bildirib. O deyib ki, sənət yoldaşının üzrünü qəbul edib: “Hazırda müdirimlə oturub söhbət edirik. Məsələni həll etdik, qurtardıq. Mən ağsaqqallıq elədim, Ramiz Novruzun mədəniyyətdən, tərbiyədən kənar sözlərini onun özünə qaytarmaq şərtilə bağışladım. Mənə qarşı işlətdiyi bütün nalayiq ifadələri etiraf etdi və dediklərini özünə götürdü. Məndən dəfələrlə üzr istədi. Mən də indi polis bölməsindən gəlirəm. Saat 3-də də kollektiv qarşısında məndən üzr istəyəcək. Mən onu teatr kollektivinə, teatrın imicinə və uşaqlarına görə bağışladım".