Britaniyada məktəbdə ayağının altında ketçup qaldığı üçün sürüşən müəllim 230 min funt-sterlinq məbləğində kompensasiya alıb.
Lent.az-ın «gazeta.ru»-ya istinadən məlumatına görə, bu haqda «The Daily Mail» qəzeti xəbər yayıb.
Olay Esseks qraflığındakı məktəblərdən birində baş verib. Müəllimlər otağından çıxanda müəllim ketçup paketinin üstünə yıxılarkən ciddi zədələnib. Mübahisə məhkəmədənkənar yolla həll olunub.