Culiya Roberts bacısının ölümündə ittiham olunur
13 fevral 2014 06:45 (UTC +04:00)

Culiya Roberts bacısının ölümündə ittiham olunur

Fevralın 9-da Los- Ancelosda  Hollivudun tanınmış aktrisası Culiya Robertsin bacılığı, ögey bacısı 37 yaşlı Nensi Moutsun cəsədi aşkarlanıb.

 

Lent.az-ın «nyusru»-ya istinadən məlumatına görə, «Nyu York Tayms» qəzeti yazıb ki, o, ölməzdən bir neçə həftə öncə  çıxılmaz vəziyyət düşdüyü ilə bağlı 5 səhifəlik məktub yazıb. Həmin məktubda o, ailəsinin onu atmasından yazıb, Oskar mükafatçısı olan bacısı Culiya Robertslə bağlı  dözülməz həyatını təsvir edib.

 

Yazının 3 səhifəsi Juliyadan bəhs edib. Nensi bacılığının onu intihara vadar etməsini vurğulayıb. Məktubun bir səhifəsini çox sevdiyi mərhum anasına həsr edib. Sonuncu səhifədə isə sevgilisi Con Dilbekdən yazıb. Ona verəcəyi əzaba görə Dilbekdən üzr istəyib.

 

Qəzet bildirib ki, onun cəsədini aşkarlayan Dilbek olub.

 

Nensi Mouts Culiya Robertsin anası Betti Lounun qızıdır. Bacılar arasında münaqişə ötən il başlayıb. Həmin vaxt  Nensi müsahibəsində bacısının xəstə anasına baş çəkməsinə imkan vermədiyini söyləyibmiş.

 

Ölümünə bir neçə gün qalmış o, «tvitter» səhifəsində belə bir mətn yazıb: «Bacım deyir ki, onun o qədər dostu, sevənləri var, o artıq kiminsə sevgisinə ehtiyac duymur. Kaş siz onun «Amerikanın sevimli» (söhbət «Amerikanın sevimlisi» komediyasından gedir, həmin filmdə Culiya baş rolda oynayıb-red.) qancığı olduğunu biləydiniz.

Belə qəddar adamın fanatı olmaq istərdiniz? O, özü üçün aktrisadır».

 

Mənbə bildirib ki, Nensi artıq çəkidən əziyyət çəkib və ona qarşı mübarizə aparıb.

 

«Mən məktəbdə oxuyanda o artıq böyük qız idi. Kök olduğumu həmişə mənə xatırladırdı. Bu isə mənə çox əziyyət verir və məyus edirdi» - deyə, Nensi ölümündən öncə yazıb.

 

Ölümündən bir müddət öncə Nensi Mouts mədəsinin ölçüsünü kiçiltmək üçün cərrahiyyə əməliyyatı olub. Bununla o, bacısı ilə münasibətini yaxşılaşdırmağa ümid edirmiş.

 

Bacısının ölümü ilə əlaqədar Cüliya Roberts bütün tədbirləri təxirə salıb. Hətta baş vermiş itki ilə bağlı bildirib ki, ailəsi faciəli ölümdən dərin üzüntü keçirir.

# 1867
avatar

Oxşar yazılar

Dünyanın ən seksual idmançısı geyimi ilə heyran etdi

Dünyanın ən seksual idmançısı geyimi ilə heyran etdi

18 may 2024 , 16:58
Rəşad Dağlının qızı əməliyyat olundu - VİDEO

Rəşad Dağlının qızı əməliyyat olundu - VİDEO

18 may 2024 , 12:09
Ancelina Coli yeni sevgilisi ilə  GÖRÜNTÜLƏNDİ

Ancelina Coli yeni sevgilisi ilə GÖRÜNTÜLƏNDİ

18 may 2024 , 10:45
5 güləşçimiz qitə çempionatının final mərhələsinə yüksəldi

5 güləşçimiz qitə çempionatının final mərhələsinə yüksəldi

18 may 2024 , 04:21
Beyons elə bir şəkil çəkdir ki...

Beyons elə bir şəkil çəkdir ki...

18 may 2024 , 03:23
Britaniyanın  ilk milyarder musiqiçisi   Pol Makkartni

Britaniyanın ilk milyarder musiqiçisi Pol Makkartni

17 may 2024 , 18:00
Beren Saat müalicəyə başladı

Beren Saat müalicəyə başladı

17 may 2024 , 17:15
Səhnədə gənc müğənninin üst geyimi  açıldı

Səhnədə gənc müğənninin üst geyimi açıldı

16 may 2024 , 20:50