Londonda Fredrik Skavlanın televiziya studiyasında adi olmayan oyun keçirilib.
Lent.az-ın «nyusru»-ya istinadən məlumatına görə, şahmat taxtası arxasında dünya çempionu Maqnus Karlsenlə dünyanın ən varlı adamlarından biri Bill Geyts oturub.
Oyun cəmi 79 saniyə sürüb. Gedişlər üçün çempion 12 saniyə fikirləşib. Qaralarla oynayan Maqnus Karlsen rəqibini mat edib.
Bir həftə öncə Maqnus eyni zamanda «Facebook»un qurucusu Mark Tsukeberq və «Google» şirkətinin əməkdaşlarına qarşı oynamışdı.