Cavanşir toy biznesindən şikayətləndi
22 avqust 2013 19:44 (UTC +04:00)

Cavanşir toy biznesindən şikayətləndi

Müğənni Cavanşir Məmmədov yeni mövsümdən toy qiymətini qaldıran müğənnilərdən danışıb. 

Axşam.az-ın məlumatına görə, sənətçi son vaxtlar zəifləyən toy biznesindən şikayətlənib:

“Bu artım mənə aid deyil. Həmişə neçəyə getmişəmsə, indi də odur. Bütöv toyu 3500 - 4000 manata aparıram. 16 nəfərdən ibarət kollektivim var. Onları dolandırıram, ailə saxlayıram. 

O, toy qiymətini qaldıran sənətçilərin hamısının kənarda biznesi var, gəliri olur. Toy olmasa ordan gələn pulla dolanacaq. Bir də bizim sənətçilərdə qısqanclıq var. Biri bahalaşdıran kimi, o biri deyir: “O filan qədər qazanır, mən niyə qazanmayım ?” 

Toya baha getmək yaxşı ifaçıdır demək deyil. Soruşun görün on minə toya gedən canlı oxuyur, yoxsa fonoqramla?
 
Əvvəllər ayda 32 toyum olurdu. İndi toy “maklerləri” bu biznesi də ələ alıblar, mane olurlar. İşləmək çox çətinləşib”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1455
avatar

Oxşar yazılar