Uzun illərdir küsülü olan, mediaya açıqlamalarında bir-birlərinin ünvanına xoşagəlməz ifadələr söyləyən Türkiyənin iki tanınmış sənətçisi Bülənt Ərsoy və Ajda Pekkan barışıb. Lent.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, ilk barışıq addımını B.Ərsoy atıb:
“Ajda çox böyük sənətkardır. Hirsləndiyim üçün onun ünvanına xoş olmayan sözlər demişdim. O, hələ də həvəskar müğənnilər kimi Ərdəm Siyavuşgildən dərs alır. Bu bir nümunədir. Digər sənətçilər bunu özünə sığışdırmaz”.
B.Ərsoyun bu açıqlamalarından sonra barışıq baş tutub.