Bu gün Obama «Karamel» və «Qarğıdalı»-nı bağışlayacaq
27 noyabr 2013 07:47 (UTC +04:00)

Bu gün Obama «Karamel» və «Qarğıdalı»-nı bağışlayacaq

Noyabrın 27-də «Şükran günü»  münasibəti ilə ABŞ prezidenti Barak Obama Ağ evdə «Karamel» və «Qarğıdalı» («Popkorn») adlı iki hindquşunu əvf edəcək.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, bu bayram hər il noyabrın 28-də keçirilir. Hindquşu bu mərasimin başlıca rəmzlərindəndir. Amerika əhalisinin az qala hamısı, təxminən 90 faizi bu quşu bayram şam yeməyinə qızardıb, qohumları və dostları dəvət edirlər.

Statistikaya əsasən, ABŞ –da hər il 253 milyon hindquşu istehsal edilir. Şükran bayramında isə qızardılmaq üçün 50 milyona yaxın hindquşu kəsilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1248

Oxşar yazılar