Bu gün məşhur türkiyəli müğənni Bakıya gəlir <span style="color:red;">– EKSKLÜZİV
12 iyul 2014 12:18 (UTC +04:00)

Bu gün məşhur türkiyəli müğənni Bakıya gəlir – EKSKLÜZİV

Türkiyəli bəstəkar-müğənni Soner Sarıkabadayı bu gün Bakıya gəlir. Müğənninin Azərbaycana gəlişini təşkil edən Kənan Bayramovun Lent.az-a verdiyi məlumata görə, ifaçının gəlməsinə səbəb Heydər Əliyevin hakimiyyətə gəlməsinin 45-ci il dönümünə həsr olunmuş konsertdə iştirak etməkdir: "Soner Nərimanov rayonunda təşkil olunacaq konsertdə iştirak edəcək. Konsertdə yerli ifaçılarımızdan Ağadadaş Ağayev, Niyamməddin Musayev,  Aybəniz Haşımova, Tünzalə Ağayeva kimi sənətçilər də konsertə çıxış edəcəklər".

Qeyd edək ki, axşam saat 21:30 başlayacaq konsertin qonağı olan Soner Sarıkabadayı saat 13:00 radələrində Heydər Əliyev adına Hava Limanına enəcək.

# 1805

Oxşar yazılar