Britaniya telekanallarından birində tamaşaçılar səhər şousunun efirində çılpaq qadın görüblər.
Lent.az-ın «vesti.ru»-ya istinadən məlumatına görə, bu şou qadınların süd vəzilərində xərçəng xəstəliyinə qarşı profilaktik mübarizəyə həsr edilib.
Verilişdə qadınlara onkoloji fonda pul yığmaq üçün köhnə büstqalterləri atmaq çağırışı edilib.
«Teleqraf» qəzeti yazıb ki, «İTV» telekanalı yarıçılpaq Sü adlı modeldə qadınların süd vəzilərində şişin müəyyənləşdirilməsi yoxlanılıb.
Həkimlər vurğulayıb ki, qadınlar gündə üç dəqiqə vaxt sərf etməklə süd vəzilərini və qoltuq altını yoxlamaqla bunu müəyyənləşdirə bilərlər.
Proqramın bir hissəsi «Büstqaterini ver» ictimai kampaniyasına həsr edilib. Bu kampaniyada yığılan köhnə büstqalterlər yenidən emala veriləcək. Oradan toplanana maliyyə vəsaiti süd vəzisi xərçənginin öyrənilməsinə sərf ediləcək.