Brilliant Dadaşova: <b>“Pres edəndə qışqırıram”</b>
21 fevral 2014 12:59 (UTC +04:00)

Brilliant Dadaşova: “Pres edəndə qışqırıram”

Xalq artisti Brilliant Dadaşova idmanın xeyrindən, necə formada qalmasından danışıb. Lent.az-ın məlumatına görə, “Ans”-in “Günə baxan” proqramında qonaq olan müğənni bildirib ki, onu formada saxlayan idmandır: “İllərdir idmanla məşğulam. Əslində, hər səhər istəyirəm tez durum, su içim, alma yeyim. Əvvəllər bir saata yaxın idman aparatının üstündə qaçırdım. Daha sonra Türkiyədə olan idman müəllimim bildirdi ki, gücə düşmək olmaz. Yarım saat qaç. İnsanlara məsləhətim odur ki, qaçmaqla az məşğul olsunlar, qaçanda vitaminlər yanır. Ona görə gəzmək də lazımdır. İdman aparatındakı hərəkətlər bəs olmur, pres edirəm. Presi edəndə isə qışqırıram, çox ağrıyır”.

 

B. Dadaşova sonra dj Çinayla idman hərəkətləri edib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2397
avatar

Oxşar yazılar