Muğam ifaçısı, Azərbaycan Dövlət Televiziyasının solisti Bəyimxanım 2 yeni mahnısını repertuarına əlavə edib.
Lent.az-ın məlumatına görə, Bəyimxanım hər iki mahnını eyni müəllifdən aldığını bildirib. “Azərbaycan” və “Çiçəyim” adlı mahnıların Nailə Mirməmmədliyə, sözləri Sona Vəliyevaya məxsusdur.
“Mən vətənpərvər mahnıları sevirəm. Sona və Nailə xanımların birgə işi çox gözəl alınıb. Hər ikisinə çox minnətdaram”.
Bəyimxanım uzun müddət səssiz qalmasının da səbəbini açıqlayıb: “Tez-tez çıxıb nələrisə nümayiş etdirmək təbiətimə uyğun deyil. Yaxşı mahnı olarsa, onu tamaşaçılarım üçün ifa etməyi hər şeydən üstün tuturam”.