Zambiyada bir gənc bərəkət gətirəcəyinə inandığı üçün cinsi orqanlarını kaftarlara yedirdib.
Lent.az-ın Türkiyə KİV-ə istinadən məlumatına görə, 24 yaşlı Çamangeni Zulu adlı gənc cadugər dostunun məsləhəti ilə belə davranıb. O, çılpaq halda kaftarların hücumuna məruz qalıb. Cinsi orqanları ilə yanaşı ayaq barmaqlarını da itirib.
Vəhşi heyvanların basqınında qurtulan gənc avtomobil yolunadək sürünüb. Ərazini gəzən polis heyəti onu xəstəxanaya aparıb.
Zulunun müalicəsi davam edir.