Evində marixuana becərən 31 yaşlı britaniyalı Aaron Çembres bir neçə çətənə kolunun oğurlanması ilə bağlı polisə müraciət edib.
Lent.az-ın «lenta.ru»-ya istinadən məlumatına görə, bu haqda «The Daily Star» qəzeti yazıb.
Çağırışa gələn polis həmin Evin zirzəmisində daha 9 marixuana kolu, onun becərilməsi üçün qurğu, özəlliklə lampa, xüsusi süzgəc aşkarlayıb.
Hadisə oktyabrda baş versə də xəbər yeni yayılıb. Çembers qadağan edilmiş maddələrin istehsalı ilə bağlı suçunu etiraf edib. Məhkəmə 2014-cü ildə ona hökm çıxaracaq.