Bayağı seks təsvirinə görə mükafat
05 dekabr 2013 04:18 (UTC +04:00)

Bayağı seks təsvirinə görə mükafat

Britaniyada “Bad Sex in Fiction award 2013” mükafatının qalibini seçdilər.


Ən bayağı, yersiz sex təsvirinə görə verilən “Bad sex in fiction” mükafatına bu il Hindistan əsilli ameriklı yazıçısı Manil Suri  “The City of Devi” (“Devinin şəhəri”) romanına görə  “layiq görülüb”.


Lent.az-ın «AzadlıqRadiosu»-na istinadən məlumatına görə, “The İndependent” bildirib ki, ixtisasca riyaziyyatçı olan yazarın bu əsərindəki hadisələr Mumbaida baş verir. Nüvə təhlükəsinə görə şəhərə giriş-çıxış bağlanır. Əsərin əsas qəhrəmanları Sarita və onun yoxa çıxan həkim əri Karundur.

Münsiflərin bəyənmədiyi parçadan: “Birdən daxma da yox olur, onunla bir yerdə dəniz də, qum da. Yalnız Karunla bir-birinə keçmiş bədənlərimiz qalır. Biz superqəhrəmanlar kimi arxamızca zolaq açaraq günəşləri və günəş sistemlərini keçirik, atom nüvəsi və kvark toplularına baş vururuq…”

Britaniyanın “Literary Review” jurnalı mükafatı 1993-cü ildən verir.

M.Suri mükafatı qəbul etməkdən imtina edib. Mükafatlandırma mərasiminə 400 nəfər qatılıb.

Sırf pornoqrafik və erotik janra aid əsərlər mükafata namizəd irəli sürülə bilməz.

Bu Manil Surinin üçüncü romanıdır. Onun “Vişnunun ölümü” ("The Death of Vishnu") romanı 2001-ci ildə  nüfuzlu "Booker" mükafatının uzun siyahısına düşmüşdü. 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2175
avatar

Oxşar yazılar