Azərbaycanlı müğənniyə 70 minlik klip hədiyyə olundu –  <span style="color:red;">VİDEO
20 fevral 2014 21:35 (UTC +04:00)

Azərbaycanlı müğənniyə 70 minlik klip hədiyyə olundu – VİDEO

Müğənni Roza Zərgərli özbək ifaçı Ziyad İşanxocayevlə oxuduğu “Tı i ya” ("Sən və mən") mahnısına çəkdirdiyi klipinin təqdimatını edib. Lent.az-ın məlumatına görə, tədbirin səbəbkarı təqdimata “Volqa” markalı avtomobillə qatılıb. Təqdimatda erotik səhnələrində yer alddığı klip nümayiş olunduqdan sonar Roza öz fikirlərini bölüşüb: “Nəhayət xeyli müddət idi üzərində çalışdığım layihəni bu gün təqdim etdim. Klipdə erotik səhnələrdə yer alıb. Bilirəm ki, buna görə tənqidlər də olacaq. Amma mən ərsəyə gələn işimdən çox razıyam. Klipin ilk variant, yəni erotik səhnələrin yer almadığı versiyası televiziya üçün nəzərdə tutulub. İkinci versiyası isə “RozaZərgərliTV” “Youtube” kanalında yayımlanacaq. Bir çoxları elə zənn edib ki, klipin erotik səhnələrində itirak edən mənəm. Amma bu belə deyil. Yetmiş min dəyərində olan bu klipi mənəZiyad bəy hədiyyə edib”.

 

Onu da əlavə edək ki, ekran işinin rejissoru isə Bahadır Yuldaşov və Elşən Babayevdir.

 

Obrazlar üzərində modelyer Gülnarə Xəlilova, stilistlər Anar Ağakişiyev, Ruslan və vizajist Ramilə işləyiblər.

 

Təqdimata tanınmışlardan - Murad Dadaşov, Emma Ələkbərzadə, Elnur Məmmədov, Nadir Qafarzadə, Aysel Əlizadə, Emil Bədəlov, rəqqasə Fatimə Fətəliyeva, Niyam Səlami, Aşıq Samirə Əliyeva, prodüser Təranə Səmədova, aparıcı Murad Arif, rejissor Aynurə Səmədova və başqaları gəlmişdi.

 

 

 

# 2532
avatar

Yalçın UĞUR

Oxşar yazılar