Vokal ifaçısı Lətifə Soyuöz yaxınlarını başına toplayıb özəl mərasim təşkil edib. Lent.az-ın məlumatına görə, İfaçı dostlarını “Yeni il party”si adı ilə dəvət etsə də mərasimə təşrif buyuranlar başqa səhnə ilə qarşılaşıblar. Məlum olub ki, Lətifənin qardaşı oğlu Akifin və həyat yoldaşı Dəniz Soyuözün doğum günüdür:” Balaca Akifin 2, Dənizin isə 37 yaşı tamam olur. Bu tarix mənim həyatımda böyük rol oynayıb. Məhz bu gündə mənim iki çox sevdiyim insan dünyaya göz açıb. Mənə çox dəstək olan həyat yoldaşımın və atamın adını yaşadan balaca Akifimizin doğum gününü qeyd etdik. Ancaq dostlarım bundan xəbərsiz idi. Məclisin əvvəlində məndən incidiklərini desələr də davamında unutdular. Əsas odur ki, dəvət etdiyim insanlar gəldi və biz birgə gözəl vaxt keçirdik ”.
Onu da bildirək ki, gecədə ailə üzvləri və doğmalarla yanaşı Lətifənin dostları - aranjemançı Yaşar Baxış, bəstəkar Günel Sərdarqızı, rejissor Anar Hüseynov və müğənni Rəhim Rəhimli də iştirak edib. Lətifə ən ritmik mahnılarını səsləndirib. Ardınca Rəhim Rəhimli royalda Lətifənin canlı ifasını müşayiət edib.
Gecədə baş verən ən maraqlı anları təqdim etdiyimiz fotosessiyada izləyə bilərsiz.