Müğənni Rövşən Civişov ailə qurmağa hazırlaşır. Bu haqda Lent.az-a sənətçi özü məlumat verib. O bildirib ki, evlənəcəyi xanım özündən 25 yaş böyükdür: “Toyu gələn ilin mart ayına planlaşdırırıq. Bəlkə də çox adam məni özümdən 25 yaş böyük bir xanımla evlənəcəyimə görə qınayacaq. Amma mənim aləmimdə sevgi yaşa baxmır. İnsan sevəndə yaş fərqi nədir ki? Buna görə də hər kəsə yaşın fərqinə varmayacaq dərəcədə gözəl sevgi arzu edirəm”.