Azərbaycanlı müğənni niyə üç gecə yuxusuz qaldı?
28 yanvar 2014 12:46 (UTC +04:00)

Azərbaycanlı müğənni niyə üç gecə yuxusuz qaldı?

Müğənni Zarina Məmmədova yeni klip çəkdirib. Lent.az-ın məlumatına görə, ifaçı üç gün Qəbələdə çəkilişlərdə olub.

 

Klipi Türkiyənin tanınmış rejissoru Kamal Başbuğ lentə alıb. Rejissor musiqisi Pərviz Mahmudovun sözləri Aygün İsmayılovanın olan “Bir acı” klipinə Zarinanı tərəf müqabilsiz çəkməyə üstünlük verib: “ Sevgidən bəhs edən bütün kliplərdə bir oğlan və bir qız olur, belə çəkmək istəmədim. Bu klipdə gənc bir qızın acısını verməyə çalışdım. O, çox gözəl xanımdır, mən də onun sadəliyini göstərdim. Ümumiyyətlə, xanımlara klip çəkdiyim zaman dəbdəbədən qaçmağa çalışıram. Zarinanın peşəkar stilisti tam istədiyim görüntünü yaratdı. Bir də  yaxşı aktrisalıq bacarığı var, klipdə o, həqiqətən, acı çəkən qız obrazını göstərə bildi”.

 

Üç gecə yatmadığına baxmayaraq, çox gümrah görünən müğənni klip barədə bunları deyib: “Komandam olmasaydı yəqin çox yorulardım. Bütün gücümü sərf etdim və hələ ki, nəticədən razıyam. Klipin bir hissəsi açıq havada, hətta qar yağan zaman çəkildi. Geyimim çox nazik olsa da işləmək məni isidirdi. Həm Kamalın heyətindən də, öz komandamdan da çox razıyam”.

 

Qeyd edək ki, Zarinanın imici üzərində top-stilist Elnur Həsənov çalışıb. Təşkilati işləri isə müğənninin prodüseri Təranə Səmədova həyata keçirib.

 

Fotolar Şahin Cavadsoyundur

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3022

Oxşar yazılar