Vokal ifaçısı Lətifə Soyuöz yeni layihə üzərində çalışır . Yeni klipin çəkilişlərinə başlayan müğənni təəssüratlarını Lent. az-la bölüşüb. Lətifə bildirib ki, klip böyük büdcəlidir: “Ciddi hazırlıq işləri gedir, klipə kifayət qədər pul qoymuşam. Yenə də özəl geyimlər tikilir, hər biri əl işidir. “Hədəf”dən sonra insanların gözü daha böyük layihə axtaracaq. Bunun üçün çalışmalıyam ki, növbəti klipim daha da uğurlu və gözəl olsun”.
Xatırladaq ki, Lətifə yeni klipini köhnə komandası ilə işləyir. Klipin rejissoru Anar Hüseynov, modelyeri Renat Ramazanovdur.
Lətifə onu da əlavə edib ki, onu narahat edən məhkəmə söhbətinə də yaxınlarda son qoyulacaq: “Bu yaxınlarda məhkəmə işim ilə bağlı hər şeyi açıqlayacam, bu məsələni bir dəfəlik bağlayacam”.