“Baxmayaraq 35 yaşım var, hələ böyüməmişəm, uşağam. Özümü 19 yaşlı oğlan kimi hiss edirəm”. Lent. az-ın məlumatına görə, bu sözləri müğənni Əkbər Əliyev deyib. Müğənni şəxsi həyatından söz açıb:
“Hələ ailə qurmamışam, bu çox ölçüb - biçməyimdən irəli gəlir. Bəzən görürsən şou-biznesdə həmkarlarım tələsik ailə qurur toydan heç 3 ay keçmir eşidirsən ki, artıq boşanıblar. Ümumiyyətlə, şou-biznesdə saxta evliliklər çoxdur. Bu aləmdə olan heç bir xanımla dünyasında ailə qurmaram. Çünki oranın mətbəxinə yaxşı bələdəm. İnşallah yaxın vaxtlarda məni də bəylik kürsüsündə görərsiniz. Sevdiyim var, o, bu həyatda mənimçün yeganə xanımdi”.