Azərbaycanlı modellə Türkiyə xüsusi xidmət orqanlarını nə bağlayır?
15 yanvar 2015 10:45 (UTC +04:00)

Azərbaycanlı modellə Türkiyə xüsusi xidmət orqanlarını nə bağlayır?

Türkiyədə fəaliyyət göstərən həmyerlimiz Günay Musayevanın baş rolda çəkildiyi “Kod adı K.O.Z” filminin fevralın 11-də təqdimatı keçiriləcək. Lent.az-ın məlumatına görə, Parantez Yapım və Uğur Yalçınkayanın birgə ərsəyə gətirdiyi ekran əsərində azərbaycanlı model Türkiyə xüsusi xidmət orqanının (MİT) agenti olan Zeynep obrazını canlandırıb. Dövlət içində dövlət qurmaq istəyənlərdən bəhs edən filmdə Günay maraqlı obrazda çıxış  edib. O, paralel hakimiyyət əməliyyatına cəlb olunmuş sevgilisindən ayrılır.  Azərbaycandakı dostlarının həyatını qurtarmaq üçün hətta keçmiş nişanlısıyla silahlı qarşıdurmaya çıxan agent (Günay Musayeva) ona verilən öhdəlikləri yerinə yetirir. 

 

Xatırladaq ki, fevralın 13-dən Türkiyənin bütün kinoteatrlarında nümayiş olunacaq filmin Avropada da təqdimatı nəzərdə tutulur. Belə ki, fevralın 26-da Berlin, fevralın 27-də Vyana, fevralın 28-də Belçika, martın 1-də Amsterdam, martın 12-də isə Bakıda gala gecələri keçiriləcək. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 384

Oxşar yazılar