Azərbaycanlı aparıcı gözəllik yarışmasının qalibi oldu - <span style="color:red;">FOTOLAR
03 may 2017 17:36 (UTC +04:00)

Azərbaycanlı aparıcı gözəllik yarışmasının qalibi oldu - FOTOLAR

 

“Lider TV”nin aparıcısı Səhər Əkbər Avstriyanın  Vyana şəhərinin “Austria Trend Royal Park Vienna Hotel”ində keçirilən “Miss Union-2017” beynəlxalq gözəllik müsabiqəsinin qalibi olub.

 

Bunu Lent.az-a “Miss Union” müsabiqəsinin Azərbaycandakı milli direktoru və rəsmi nümayəndəsi Gülnarə Xəlilova deyib.

 

Dildora Curayeva (Özbəkistan) birinci vitse-miss, Yuliya Qranovili (Yunanıstan) ikinci vitse-miss, Anna Kankiya (Gürcüstan) “Miss Online” və “Miss Photo Model”, Yekaterina Reykova (Ukrayna) “Miss tamaşaçı simpatiyası” və “Miss Fashion” adlarına layiq görülüblər.

 

Müsabiqədə Azərbaycan, ABŞ, Avstriya, Almaniya, Yunanıstan, Gürcüstan, Kipr, Livan, Rusiya, Slovakiya, Türkiyə, Ukrayna, İndoneziya və digər ölkələrin nümayəndələri iştirak ediblər. S.Əkbər müsabiqədə Gülnarə Xəlilova Moda Evinin geyimlərində iştirak edib.

 

G.Xəlilova bildirib ki, müsabiqə yüksək səviyyədə keçirilib, bütün iştirakçılar və münsiflər heyəti bir ailə kimi olub, bir-birilərini dəstəkləyiblər:
 


“Azərbaycanı bu qələbə münasibəti ilə təbrik edirəm. Qələbə Avropanın ən qədim və gözəl şəhərlərinin birində, möhtəşəm arxitekturası olan və aralarında Motsart, Bethoven, Qaydn, Şubert, Mendel və Freydin olduğu alim və incəsənət xadimlərindən ibarət məşhurlar ordusunun vətəni Vyanada layiqli şəkildə qazanılıb”.

 

Münsiflər heyətinin tərkibinə müsabiqənin Azərbaycandakı milli direktoru və rəsmi nümayəndəsi, Milli Geyim Mərkəzinin rəhbəri Gülnarə Xəlilova, Yunanıstandakı rəsmi nümayəndəsi və milli direktoru Gözəl Hansen, Almaniyadakı rəsmi nümayəndəsi Lara Ta, Gürcüstandakı milli direktoru və rəsmi nümayəndəsi Maya Xutsişvili, Birləşmiş Ərəb Əmirliklərindəki milli direktoru Maryan Makram daxil olublar. Sosial şəbəkələrdə irəliləyiş üzrə menecer Fərrux Seyfullayevdir (Özbəkistan). “Miss Union” müsabiqəsinin baş direktoru və qurucusu Gülnarə Məhəmmədovadır (Özbəkistan).

 

“Miss Union” öz mədəniyyətini və ənənələrini zərifliklə uyğunlaşdıraraq müasir üslubda təmsil edən müxtəlif ölkələrin gözəllərinin birliyidir və müsabiqə iştirakçıları üçün ölkələrini ənənələr, gözəllik və mehribanlıq məcmusu qismində təmsil etmək imkanıdır. Müsabiqənin əsas devizi: “Dünyanı gözəllik xilas edəcək”. Münsiflər heyəti iştirakçıları aşağıdakı göstəricilər üzrə qiymətləndirir – xarici görünüş, milli mədəniyyətin və intellektual bacarıqların təqdimatı.

 

Xatırladaq ki, “Miss Union 2016”nın finalı avqustda Bakıda keçirilib. Müsabiqənin qalibi gürcüstanlı Maya Amaşukeli olub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 225
avatar

Yalçın UĞUR

Oxşar yazılar

61 yaşlı Xalq artistinə 40 yaşlı qayınanasını yaraşdırdılar

61 yaşlı Xalq artistinə 40 yaşlı qayınanasını yaraşdırdılar

26 iyul 2024 , 18:15
Xatirə İslamın tətil kefi

Xatirə İslamın tətil kefi

26 iyul 2024 , 17:10
Xərçəngə  tutulduğu deyilən müğənnidən AÇIQLAMA

Xərçəngə tutulduğu deyilən müğənnidən AÇIQLAMA

26 iyul 2024 , 16:31
Polisə düşən məşhurlarımız - SİYAHI

Polisə düşən məşhurlarımız - SİYAHI

26 iyul 2024 , 15:00
Dünyanın ən ideal gözəli  o hesab olundu

Dünyanın ən ideal gözəli o hesab olundu

26 iyul 2024 , 13:55
“Aktyorluqda tabu olmamalıdır” - Burcu Özberk

“Aktyorluqda tabu olmamalıdır” - Burcu Özberk

26 iyul 2024 , 13:16
Şeron Stoun  Türkiyəyə gəlir

Şeron Stoun Türkiyəyə gəlir

26 iyul 2024 , 11:32
Milyonçu bloger Hüseyn Bakıya köçüb  - Gəlin namizədlər tapıb

Milyonçu bloger Hüseyn Bakıya köçüb - Gəlin namizədlər tapıb

25 iyul 2024 , 19:07