Azərbaycanda “Bakı Moda Festivalı” keçirilib. Lent.az-ın məlumatına görə, tədbirdə çıxış edən layihə rəhbəri İsmayıl İsmayılov festivalın Azərbaycan moda tarixinə bir töhfə olduğunu, bu cür moda festivalını gələn il beynəlxalq miqyasda keçiriləcəyini söylədi. Tədbirdə bir neçə modellər geyimlərini nümayiş etdirdilər. Sonda jüri tərəfindən 3 modelyer və model xüsusi mükafata və diploma layiq görüldülər.
Xatırladaq ki, festivalda iştirak edən hər bir modelyer və modellərə sertifikatlar verildi. İlk üç yerin qalibləri isə diplomla təltif edildilər.
Qeyd edək ki, layihə ümumilikdə, 65 nəfər iştirakçını əhatə edirdi.