<b>O müğənni Aygün və Roya ilə barışdı:</b> <span style="color:red;">"Üzr istədim"
20 iyun 2016 10:37 (UTC +04:00)

O müğənni Aygün və Roya ilə barışdı: "Üzr istədim"

Müğənni Elton Hüseynəliyev xeyli müddətdir küsülü olduğu xalq artisti Aygün Kazımova və əməkdar artist Röya Ayxanla barışıb. Lent.az-ın məlumatına görə, ifaçı bu barədə “Atv maqazin 10-larla” verilişində deyib:

 

“Çox insan deyə bilər ki, o gün belə danışırdı, amma mən insanam, bunu necə istəyirsiz, elə də qəbul edin. Bir az keçəndən sonra insan oturur və  səhvlərini başa düşür. Söz-söhbət olanda ilk addımı kişi atmalıdır. Mən gözləyəsi deyiləm ki, xanım mənə barışıq addımı atsın. Addım atdım ki, mehribanlıq olsun. Aygün xanımla söz-söhbətimiz, qalmaqalımız var idi, ona zəng vurdum, könlünü aldım, barışdıq. Düşündüm ki, küsülü qalmağımız yaxşı deyil. Xətrinə dəymişdim, üzr istədim”.

 

E.Hüseynəliyev Röya ilə isə toyda barışdığını deyib: “Toyda idik, onu təqdim etdim. Əməkdar artist adını alandan sonra ona hörmətim artıb. Toyda onu gözəl təqdim etdim, o da səhnəyə dəvət edəndən sonra mənə təşəkkür etdi. Bununla da barışıq oldu”. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 403
avatar

Yalçın UĞUR

Oxşar yazılar