Aygün Kazımova ad gününə hazırlaşır. Lent.az-ın məlumatına görə, xalq artisti xoş gününə bir çox sənət adamlarını dəvət etməyib. Bunların arasında bir zaman sevgili olduğu Namiq Qaraçuxurlu da var. Bu məlumatı prodüser Tolik (Tarix Əliyev) “10-lar” verilişində deyib: “Aygün xanımın ad gününə çox gözəl ssenari hazırlanır. Həmin gecədə şou əhli çox fərqli olacaq. Şou-biznesin bir çox simaları gecəyə dəvətlidir. Bunlar İlhamə Quliyeva, Faiq Ağayev, Sevda Yahyayeva və digər tanınmışlardır. Aygün xanıma dedim ki, Namiq Qaraçuxurlunu da ad gününə dəvət edək. Amma o mənə dedi ki, onu doğum günümdə hansı obrazda görürsən? Buna görə də düşündük ki, çağırmayaq”.
Qeyd edək ki, müğənninin ad günü yanvarın 27-də olacaq.